«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“DANIŞIQ OLMAYACAQ, ULTİMATUM VERİLƏCƏK!"- Ukrayna Prezident Ofisi

Tarix: 30-12-2023 23:09 | Bölmə: Xəbər | Baxış: 59



Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsində azğınlaşdıqca, Qərbin və Ukraynanın Rusiya ilə danışıqlarla bağlı mövqeyi də sərtləşir.

Rusiyanın son kütləvi raket hücumundan və bunun nəticəsi olaraq ən azı 39 dinc sakinin ölümündən, xeyli mülki infrastruktur obyektlərinə ziyan vurulduqdan sonra ABŞ Prezidenti Co Bayden xüsusi bəyanatla çıxış edib. Bayden ilk dəfə ABŞ-nin Avropadakı savaşa birbaşa müdaxiləsi riskinin artdığını söyləyib: "Putin dayandırılmalıdır. Avropada diktatorların və avtokratların tüğyan etməsinə icazə verildikdə, Birləşmiş Ştatların birbaşa işə qarışması riski artır”.

Baydendən sonra Ukrayna Prezident Ofisi də sərt bəyanatla çıxış edib. Belə ki, Prezident Ofisinin sözçüsü Mixail Podolyak Rusiya ilə heç bir danışıq aparılmayacağını, ona qarşı yalnız ultimatumlar irəli sürüləcəyini deyib. Onun sözlərinə görə, Rusiyaya ən yüksək səviyyədə ultimatum tələbləri irəli sürüləcək və Moskva da onları qəbul edəcək.

Podolyak Avropa İttifaqının və ABŞ-nin Ukraynaya yardımını davam etdirəcəyinə inandığını bildirib və qeyd edib ki, artıq Qərbdə bəzi liderlərin davranışında və Ukraynaya münasibətində böyük transformasiya baş verib.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024