«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“İskəndər” və S-300-ləri işə saldılar - Bölgə cəhənnəmə döndü

Tarix: 31-12-2023 13:20 | Bölmə: Xəbər | Baxış: 90


Son sutka ərzində Rusiya və Ukrayna qüvvələri arasında 54 toqquşma baş verib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah bildirir ki, Rusiya X-59, “İskəndər” və S-300 raketləri, eləcə də artilleriya sistemləri ilə yaşayış məntəqələrini vurub, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Eyni zamanda qeyd olunur ki, Rusiya gecə saatlarında Ukrayna ərazisini İran PUA-ları (“Şahid”) ilə hədəfə alıb. Hücum zamanı qarşı tərəfin 21 PUA-sı məhv edilib.

Ukrayna ordusu son sutka ərzində Kupyan və Sinkivkada rus qoşunlarının 8 hücumunun qarşısını alıb. Liman istiqamətində 2 belə cəhd dayandırılıb.

Boqdanivka, Klişivka və Andrivka yaxınlığında rusların 9 hücumu dəf edilib.

Rusiya ordusu Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini dayandırmır, Ukrayna müdafiəni möhkəm saxlayır. Ötən sutka ərzində Ukrayna qüvvələri Stepovoy, Avdiv, Pervomaysk və Nevelski yaxınlığında ümumilikdə 18 hücumu dayandırıb. Rusların Marin, Novomixaylivka, Xerson, Şaxtyor və Zaporoje istiqamətlərindəki hücumları da dəf edilib./teleqraf

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024