«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Britaniya qüvvələri bölgədə - Ordu "həyəcan vəziyyəti"nə gətirildi

Tarix: 31-12-2023 17:45 | Bölmə: Xəbər | Baxış: 77



Venesuela Essekibo bölgəsi ilə bağlı münaqişədə olduğu qonşu ölkə Qayanaya dəstək üçün hərbi gəmi göndərən Böyük Britaniya qərarından dönənə qədər hərbi təlimləri davam etdirəcəklərini açıqlayıb.

Bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopez bildirib.

“Venesuela arxayın ola bilər ki, Bolivar Milli Silahlı Qüvvələri (FANB) öz milli suverenliyini qoruyur. Atlantik okeanı sahillərində təlimləri davam etdirəcəyik. İmperialist Britaniya gəmisi Venesuela ilə Qayana arasındakı mübahisəli suları tərk edənə qədər orada olacağıq”, - nazir deyib.

Gəminin “mübahisəli bölgə”yə gəlməsinin Venesuelanın ərazi bütövlüyünə təhlükə yaratdığını vurğulayan Lopez Prezident Nikolas Maduronun əmri ilə bütün dəniz, quru və hava vasitələrinin “həyəcan” vəziyyətində olduğunu söyləyib.

Dekabrın 29-da başlayan təlimlərə 5 682 hərbçi, 28 döyüş təyyarəsi və 16 gəmi cəlb olunub.

İki ölkə arasında Essekibo mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır. Qayana Britaniyanın müstəmləkəsi olanda - 1899-cu ildə qəbul edilmiş qərara əsasən, Essekibo çayı Qayananın qərb sərhədi olaraq müəyyən edilib.

Amma 1966-cı ildə müstəqilliyini bəyan edən ölkə bu sərhədi tanımayaraq, bölgəni “özününkü” elan edib. Venesuela da bununla razılaşmır. 

Press-fakt.com


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024