«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türk ordusunun möhtəşəm sistemi – Cəmi bir neçə dəqiqəyə...

Tarix: 31-12-2023 17:55 | Bölmə: Xəbər | Baxış: 68



Türkiyə müdafiə sənayesinin yeni istehsalı BAHA pilotsuz uçan aparatı inventarlaşdırılıb.

Türkiyə KİV-i xəbər verir ki, BAHA müasir orduların ehtiyaclarını ödəmək üçün hazırlanıb.

Şaquli enmə-qalxma, tam avtonom missiya qabiliyyəti və müxtəlif faydalı yüklərin inteqrasiyasına imkan verən modul arxitekturası ilə seçilən BAHA əlavə üstünlükləri ilə bütün pilotsuz sistemlərlə birgə fəaliyyət göstərə bilir.

Üfüqi hərəkətdə benzin mühərriki ilə işləyən sistem şaquli qalxma-enmə zamanı elektrik mühərriklərindən istifadə edir. Benzinli mühərriki ilə 6 saata qədər havada qala bilən (elektrik mühərriki ilə 2 saata qədər) və 15 min futa qədər yüksəklikdə fəaliyyət göstərən PUA 80 kilometrə qədər məsafə təklif edə bilir.

5 kiloqrama qədər faydalı yük daşıya bilən BAHA-nın qanadlarının uzunluğu 3.7 metrdir.

Sistem 2 nəfər tərəfindən asanlıqla qurulur, bir nəfər tərəfindən idarə edilir və bir neçə dəqiqə ərzində xidmətə hazır olur.

Bu günə qədər müxtəlif bölgələrdə, sərt iqlim və əməliyyat şəraitində sınaqdan keçirilən PUA təhlükəsizlik strukturlarının rəyləri əsasında təkmilləşdirilib.

BAHA izləmə, aşkarlama və ərazinin mühafizəsi, kəşfiyyat, elektron müharibə, sahil və sərhəd təhlükəsizliyi, enerji ötürülməsi, neft-qaz xətlərinin təftişi, qaçaqmalçılıq və terrorla mübarizə, ictimai asayiş, narkotiklərin aşkarlanması, yaşayış yerlərinin istiliyinin ölçülməsi, meşə yanğınlarının idarə edilməsi, fəlakətdən sonrakı qiymətləndirmə, ətraf mühitin çirklənməsinin aşkarlanması, kənd təsərrüfatı və kartoqrafiya kimi missiyalarda istifadə edilə bilər.

BAHA Kahramanmaraşda baş verən zəlzələdən sonra aparılan işlərə qatılıb, xilasedici qruplara videodəstək verib.

Əlverişsiz hava şəraiti səbəbindən dronlarla foto çəkmək çətinləşdiyi zaman buludların altında uçma qabiliyyəti ilə görüntülərə ehtiyacı qarşılayan BAHA daşınması mümkün olmayan yaşayış məntəqələri haqda ilkin məlumatların əldə edilməsinə töhfə verir.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024