«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"RUSİYA RADARA DÜŞMƏYƏN YENİ BOMBANIN İSTEHSALINA BAŞLAYIR..."- "Reuters"

Tarix: 10-01-2024 16:30 | Bölmə: Xəbər | Baxış: 76


 
"Belə bombanı radarlar vasitəsilə aşkar etmək praktiki olaraq mümkün olmayacaq..."

"Drel" bombası qadağan edilmiş kaset bombasının bir növüdür, Rusiya tərəfindən belə bombalar Ukraynada fəal şəkildə istifadə edilir..."
 
Rusiya 2024-cü ildə yeni qlissad ("sürüşkən"-red.) "Drel" bombalarının kütləvi istehsalına başlamağı planlaşdırır. "Rostex" müdafiə qurumu bütün növ sınaqların başa çatması barədə hesabat verib.
 
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
"Planlaşdırılan "Drel" aviasiya bombası zirehli tank texnikası, yerüstü radiolokasiya stansiyalarının, energetika qurğuları və zenit raket komplekslərinin idarəetmə məntəqələrinin məhv edilməsi üçün nəzərdə tutulub. 
 
Yeni aviasiya bombasının yaradılması barədə ilk dəfə olaraq 2016-cı ildə bəyan edilib. Gözlənilir ki, bu bombanı radarlar vasitəsilə aşkar etmək praktiki olaraq mümkün olmayacaq", - məqalədə deyilir.
 
Mütəxəssislər izah edib ki, "Drel" bombası müstəqil olaraq hədəfədək zəruri məsafəyə uça və onun üzərində lazımi məqamda açıla bilər.
 
"Əgər məhvedici element verilən hədəf üzrə işə düşməyibsə, müəyyən müddətdən sonra öz-özünə məhv edilir və döyüş əməliyyatları başa çatandan sonra əhali üçün təhlükə törətmir", - məlumatda deyilir.
 
"Drel" bombasının taktiki-texniki xüsusiyyətləri:
 
Kütləsi - 540 kq
 
Uzunluğu - 3100 mm
 
Maksimal diametri - 450 mm
 
Bombaatma hündürlüyü - 100 metrdən 14 min metrədək, saatda 700-1100 km sürətlə.
 
"Reuters" agentliyi yazır ki, Qərb mənbələri "Drel" bombasının kaset bombasının bir növü olduğunu iddia edir.
 
Belə silahın 100-dən artıq ölkədə qadağan edilməsinə rəğmən, Rusiya tərəfindən Ukraynada fəal şəkildə istifadə edilir.
 
Kaset bombaları geniş ərazidə partlayan çoxsaylı kiçik bombalar buraxır. Detonasiya olunmayan belə kiçik bombalar onilliklərlə dinc əhali üçün təhlükə törədə bilər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024