«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ VƏ BRİTANİYA YƏMƏNİ BOMBALAYIR - Husilər qisas alacaqlarını bəyan etdi /VİDEO /Yenilənib

Tarix: 12-01-2024 11:33 | Bölmə: Xəbər | Baxış: 120



\Xəbər verdiyimiz kimi, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı  zərbələr endirib

Husilərə tabe olan Yəmən Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı raket hücumuna görə qisas alacaqları ilə hədələyib.
Bu barədə Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi bildirib.



Qeyd edək ki, gərginliyin başlamasına səbəb kimi ABŞ ordusunun husilərin qayıqlarına hücum etməsi göstərilir. Bundan sonra Yəmən İsrailə yönələn gəmini raketlə vurub.



***

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.

Report xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Husi hədəflərinə qarşı ABŞ-Britaniya hərbi əməliyyatı başlayıb”, – mənbələr telekanala bildirib.

Onlar qeyd ediblər ki, hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb. 

Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.
Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bəyanatında bildirilib.



“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.

Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”:
“Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”.

“Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb.

O da məlum olub ki, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024