«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
NATO RUSİYA İLƏ MÜHARİBƏNİ MƏŞQ EDİR - Avropada çoxsaylı təlimlər planlaşdırılır

Tarix: 13-01-2024 16:55 | Bölmə: Xəbər | Baxış: 88



Bu ilin əvvəlindən, dörd ay ərzində NATO Rusiyaya qarşı genişmiqyaslı quru müharibəsini məşq edəcək. 

Bu məqsədlə alyans Finlandiyadan Rumıniyaya qədər “Şərq Cəbhəsi”ndə “döyüş meydanını” simulyasiya etmək üçün bir sıra irimiqyaslı manevrləri, əməliyyat-taktiki təlimləri və kiber fəaliyyətləri birləşdirəcək.

Bu barədə STEM Analitik Mərkəzinin hazırladığı məqalədə bildirilir. Qeyd olunur ki, yanvar-fevral aylarında Şərqi Avropada NATO-nun böyük hərbi təlimi, "Firm Approval 24" baş tutacaq. Təlimin ikinci hissəsinin may ayına planlaşdırılıb.

Latviyada “Qış-24” təlimi yanvarın ortalarında başlayacaq.Estoniyada yanvar-fevral aylarında Tapa poliqonunda Estoniya Silahlı Qüvvələrinin və NATO-nun Gücləndirilmiş İrəli Mövcudluğu (EFP) döyüş qrupunun iştirak edəcəyi "Qış Düşərgəsi 24" təlimi keçiriləcək.

Fevralın 28-dən aprelin 21-dək Polşa, Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya, Finlandiya, Almaniya və İsveç Avropada bu ilin ən böyük çoxmillətli “Avropanın Müdafiəçisi-24” təliminin arenası olacaq.

Onlara təxminən 50 minə yaxın hərbi qulluqçu, 500-700 təyyarə və 50-dən çox gəmi cəlb olunacaq.“Avropanın Müdafiəçisi-24” təlimləri fonunda Almaniya, Polşa və Baltikyanı ölkələrdə “Sabit Müdafiəçi-2024”, Şimali və Norveç dənizlərində NATO Hərbi Dəniz Qüvvələrinin “Arktik Delfin-24” təlimi, çoxmillətli təlimlər keçiriləcək.

Təlimlər Norveç, İsveç və Finlandiyada keçiriləcək. Almaniyada fevral-aprel aylarında 12 mindən çox hərbçinin iştirakı ilə “Quadriga-24” milli təlimi keçiriləcək. 

Təlimlər zamanı alman qoşunlarının kütləvi şəkildə Litva, Macarıstan, Norveç və Rumıniyaya köçürülməsi həyata keçiriləcək. 

Qeyd edilir ki,  may ayında “Böyük kvadriqa” təlimi olacaq. Bu təlim zamanı Litvada 10-cu tank diviziyası NATO-nun mexanikləşdirilmiş bölmələri ilə “yerləşdirmə” və birgə döyüş əməliyyatları keçirəcək.

Analitiklərin fikrincə, yuxarıdakı manevrlər tədricən yüz minlərlə hərbçinin iştirak etdiyi onlarla digər təlimlərlə üst-üstə düşəcək ki, bu da Rusiya Federasiyası ilə Qərb bloku arasında yeni gərginlik kimi qələmə verilə bilər./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024