«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PARTLAYIŞIN BAŞ VERDİYİ SEXİN SAHİBLƏRİ MƏLUM OLDU - "Tağı İbrahimov yerində bina tikəcəkdi..." /Yenilənib

Tarix: 17-01-2024 13:40 | Bölmə: Xəbər / Ölkə | Baxış: 141



Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.

Sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

Press-fakt.com xəbər verir ki, bu barədə "qaynarinfo" məlumat yayıb,

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti, fırıldaq layihələri ilə tanınan İbrahim Nehrəmli olub.

Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib.



"Avesta" şirkətinin sabiq prezidenti İbrahim Nehrəmli "qaynarinfo"-ya açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib: "Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi.

Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi".

İbrahim Nehrəmli hadisənin baş verməsinin səbəbini də açıqlayıb: "Hadisə qaz balonunun parlaması və boyaların üzərinə qığılcımın düşməsi nəticəsində baş verib.

Birinci icarəyə verdiyimiz sexdə tüstülənmə başlayıb, alov maşının üzərinə düşüb. Daha sonra maşını itələyərək çölə çıxarsalar da, sonda hadisə baş verib. Bütün sexlərə cavabdeh şəxs Həmid idi. Biz qanun nəyi tələb edirsə, onu da etmişdik.

Fövqəladə Hallar Nazirliyindən də sözügedən sexlərin fəaliyyəti üçün sənədlər alınıb. Hadisə zamanı Həmid də dünyasını dəyişib. Ordakı işlərə cavabdeh də Həmid idi. Bizlik bir şey yoxdur".

Tağı İbrahimov isə Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib. "Demokrat.az"-a açıqlamasında bildirib ki, yanan mebel sexi onun deyil.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: “Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Onu da qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024