«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AİHM 2023-cü ildə Azərbaycandan olan işlər üzrə 40 qərar qəbul edib

Tarix: 25-01-2024 19:15 | Bölmə: Xəbər | Baxış: 98

2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan ərizəçilərin işləri üzrə 40 qərar qəbul edib.

Bu barədə bu gün Strasburqda AİHM prezidentinin mətbuat konfransında bildirilib.

Xəbəri "Amerikanın Səsi" Radiosunun Azərbaycan xidməti yayıb.

Azərbaycan üzrə qərarlarda ən çox ədalətli məhkəmə təhqiqatı hüququnun pozulduğu etiraf olunub. Bu, 10 qərarda əksini tapıb. 

AİHM 8 qərarda azadlıq və şəxsi toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun, 6 qərarda birləşmək azadlığının, 5 qərarda mülkiyyət hüququnun, 4 qərarda işgəncələrə və qeyri-insani rəftara məruz qalmama hüququnun, 3 qərarda ifadə azadlığının, 3 qərarda yaşamaq hüququnun, 1 qərarda səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulduğunu təsdiq edib.

AİHM 2023-cü ildə ümumilikdə mahiyyəti üzrə 1014 qərar qəbul edib./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024