«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya ABŞ və Avropa şirkətlərindən 1 milyard dollarlıq çip alıb - Sanksiyalardan necə yayınırlar?

Tarix: 26-01-2024 14:35 | Bölmə: Xəbər | Baxış: 95



2023-cü ildə sanksiyalara baxmayaraq, Rusiya 1 milyard dollardan çox dəyərə malik olan Amerika və Avropa istehsalı olan yüksək texnologiyalı çipləri idxal edə bilib.

Bu barədə “Bloomberg” agentliyi Rusiyanın qapalı gömrük statistikasına istinadən məlumat yayıb.

Agentliyin əldə edə bildiyi sənədlərdən belə çıxır ki, Rusiya tərəfindən idxal edilmiş hərbi texnikanın istehsalı üçün istifadə oluna bilən yarımkeçiricilərin və inteqral sxemlərin ümumi dəyəri il ərzində bir milyard 700 milyon dollar təşkil edib.

Onların yarıdan çoxu ABŞ və Avropa İttifaqına məxsus şirkətlərin məhsullarıdır. 

“Bloomberg” qeyd edir ki, bu şirkətlərin sanksiya qanunvericiliyini pozduğuna və Rusiyaya texnologiya ixrac etdiyinə dair heç bir sübut yoxdur. 

Sanksiyaya məruz qalan texnologiyaların əksəriyyəti Çin, Türkiyə və BƏƏ də daxil olmaqla üçüncü ölkələr vasitəsilə Rusiyaya gizli yolla çatdırılır.

Məhsulları Rusiyada peyda olan Amerika və Avropa şirkətləri Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Rusiyaya tətbiq edilən sanksiyalara tam əməl etdiklərini bildiriblər.

İyulda “Vestk” nəşri gömrük məlumatlarına istinadən yazmışdı ki, təkcə 2023-cü ilin ilk altı ayında Qərb şirkətlərindən Rusiyaya 500 milyon dollardan çox çip idxal edilib.

Bu məbləğin demək olar ki, yarısı Amerikanın “Intel” və “AMD” şirkətlərinin məhsullarından, o cümlədən mikroprosessorlardan əldə edilib.

Rusiyanın Ukraynaya genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri yüzlərlə xarici korporasiya, şirkət və brend Rusiyadakı bizneslərini bağladığını, müvafiq olaraq xaricdən məhsulların idxalını dayandırdığını elan etdi.

Buna cavab olaraq, Rusiya hakimiyyəti paralel idxalın bir hissəsi kimi, yəni müəllif hüquqları sahibinin icazəsi olmadan xarici malların üçüncü ölkələr vasitəsilə ölkəyə idxalına icazə verib.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024