«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Rusiyaya qarşı nüvə müharibəsinə hazırlaşır - Britaniyaya iki F-35A qırıcı eskadrilyası yerləşdirilir

Tarix: 27-01-2024 14:00 | Bölmə: Xəbər | Baxış: 90


ABŞ Rusiyadan artan təhlükəyə cavab olaraq 15 ildə ilk dəfə Britaniyada nüvə silahı yerləşdirəcək.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti ABŞ Müdafiə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.

Pentaqonun satınalma saytında yerləşdirilən sənədlərə əsasən, “Suffolk” aviabazasında Böyük Britaniyada qaçılmaz nüvə missiyasına hazırlıq məqsədilə ballistik müdafiə imkanları və hidravlik rampalar yerləşdirməyi planlaşdırır. 

Həmçinin bazada tezliklə Amerika hərbçiləri üçün yataqxana tikilməyə başlanacaq.

Daha əvvəl “The Telegraph” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-e nüvə silahı daşıya bilən iki F-35A qırıcı eskadrilyasını Britaniyanın aviabazasına köçürməyi planlaşdırır. Onlardagüclü B61-12 cazibə bombaları olacağı gözlənilir.

“The Telegraph” Pentaqonun sözçüsünə istinadən verdiyi məlumata görə, ABŞ-e mütəmadi olaraq müttəfiq ölkələrdəki hərbi obyektlərini modernləşdirir. 

Pentaqonun sözçüsü bildirib ki, bu fəaliyyətlər çox vaxt məxfi olmayan sənədlərlə müşayiət olunur. Onlar hər hansı konkret mövqeləri və ya yerləşdirmə detallarını açıqlamaq məqsədi daşımır.

“Hər hansı bir yerdə nüvə silahının mövcudluğunu və ya olmamasını təsdiq və ya inkar etməmək ABŞ-enin siyasətidir”-  deyə, bildirib.
ABŞ-e 2008-ci ildə Moskvadan gələn təhlükənin azaldığına qərar verərək nüvə başlıqlarını Britaniyadan çıxarmışdı.

“The Telegraph” yazır ki, Amerika silahlarının Böyük Britaniyaya qaytarılması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremllə gərginliyin artmasına cavab olaraq nüvə obyektlərinin inkişafı və modernləşdirilməsi proqramının bir hissəsidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Amerika nüvə silahlarının Böyük Britaniyaya qaytarılmasını “eskalasiyaya doğru addım” hesab edəcək və “kompensasiya xarakterli əks tədbirlər” görməyə məcbur olacaq.

Hazırda NATO-nun nüvə silahlarının bölüşdürülməsi sazişinə uyğun olaraq, ABŞ-enin nüvə başlıqları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024