«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
““MOSSAD” BMT-nin 190 ƏMƏKDAŞINI HƏMAS-a İŞLƏMƏKDƏ İTTİHAM EDİB”- “Reuters”

Tarix: 29-01-2024 19:22 | Bölmə: Xəbər | Baxış: 116



İsrailin kəşfiyyat agentliyi “Mossad”, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 190 əməkdaşını 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı qətl və adam oğurluğunda iştirakda ittiham edərək, onların siyahısını dərc edib.

Bu barədə “Reuters” təhlükəsizlik xidmətinin hesabatına istinadən məlumat yayıb.

Sənədə əsasən, UNRWA-nın bu əməkdaşları oktyabrın 7-də İsrailə hücumda Fələstinin radikal HƏMAS hərəkatına kömək etməkdə ittiham olunurlar.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir sıra ölkələr təşkilatın bəzi işçilərinin HƏMAS ilə əlaqələri olması iddiaları fonunda UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb.

UNRWA-nın baş komissarı Filip Lazzarini HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəsi olduğu iddia edilən bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib. 

Yanvarın 28-də BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024