«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ hərbi qüdrətini göstərməyə hazırlaşır - Yaxın Şərqdə böyük həyəcan var

Tarix: 02-02-2024 15:15 | Bölmə: Xəbər | Baxış: 159



Bu günlərdə ABŞ-nin İranın Suriya və İraqda yerləşən proksi qüvvələrinə və Şamdakı İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının qərargah və bazasına havadan zərbələr endirəcəyi gözlənilir. 

Buna səbəb İordaniyanın Suriya ilə sərhəddəki Əl-Tanaf ərazisində yerləşən "Qüllə 22" adlı ABŞ bazasına İran dəstəkli “Həşbi Şadi” qruplaşmasının endirdiyi dron zərbəsi nəticəsində 3 əsgərin ölməsi, 45-nin isə yaralanmasıdır.

Ötən 3 gün ərzində ABŞ hərbi-siyasi elitası gərgin müzakirələr aparıb və dünən gecədən etibarən bölgəyə 3 “B-52” strateji bombardmançı və AVACS kəşfiyyat təyyarələri göndərib, böyük miqdarda silah- sursat daşınıb.

Habelə, Ədən körfəzindəki "Eyzenhauer" gəmisində “F-35”-lərin döyüş hazırlığı uçuşlarına start verib.

Hazırlıqlar onu göstərir ki, Birləşmiş Ştatlar öz qüdrətini göstərmək üçün bazasına hücuma çox ağır cavab verəcək.

İran bu hücumla heç bir əlaqəsi olmadığını bildirərək artıq Suriyadakı əsas qüvvələrini geri çəkməyə başlayıb. İraqdakı “Həşdi Şabi” qruplaşması isə öz bazalarını tələsik boşaldıb.

Eyni vəziyyət Yəmən husilərinə də aiddir. Bölgə gərginlik içərisində ABŞ-nin zərbələrinin necə olacağını gözləyir. 

Ehtimal var ki, ABŞ ordusu İranın İsfahan şəhərindəki dron istehsal edilən hərbi obyektlərini vura bilər. 

Bununla yanaşı İranın Ədən körfəzində yük gəmisi adı ilə lövbər salmış, Qırmızı dənizdə husilərin hücumlarına kəşfiyyat dəstəyi saxlayan gəmisinin də hədəf olacağı gözlənilir.

ABŞ Prezidenti Co Bayden bildirib ki, bu işin arxasında İran dayanır, ancaq onlar İranla müharibə istəmirlər, ona görə də cavab zərbəsi vurularkən bu nəzərə alınacaq.

ABŞ müdafiə naziri Lloyd Ostin isə deyib ki, zərbənin nə zaman və haraya endiriləcəyini Amerika özü qərarlaşdıracaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu adından yayılan açıqlamada isə, ABŞ İranı vurarsa, cavabın çox sərt olacağı, regiondakı Amerika bazalarının hədəf alınacağı bildirilir.

Rasim Əliyev

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024