«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
NATO-da ABŞ-ın alyansdan çıxması ehtimalı müzakirə olunur – "The New York Times"

Tarix: 04-02-2024 19:40 | Bölmə: Xəbər | Baxış: 87


NATO ölkələrinin, o cümlədən Almaniyanın nümayəndələri blokdan çıxmaqla hədələyən Donald Trampın yenidən ABŞ prezidenti olacağı təqdirdə alyansın mövcudiyyəti ilə bağlı qeyri-rəsmi müzakirələrə başlayıb.

Bu barədə mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.

Bildirilib ki, NATO ölkələri Trampın rəhbərliyi altında alyansın perspektivlərini qeyri-rəsmi şəkildə müzakirə edirlər. Onlar xüsusilə Birləşmiş Ştatlar alyansda “mərkəzi mövqe tutmasa” nə baş verəcəyindən narahatdırlar.

“Almaniyanın hökumət dairələrində Ukrayna münaqişəsi fonunda NATO-nun dağılmasının Rusiya üçün “ən yaxşı strateji nəticə” olacağı fikri var”, - NYT-nin məqaləsində deyilir.

Qeyd edək ki, Tramp daha əvvəl bildirmişdi ki, ABŞ-a hücum olacağı təqdirdə NATO-nun ölkəyə kömək edəcəyinə inanmır.

“Politico”nun məlumatına görə , Tramp NATO-nun “öldüyünü” deyib və prezident seçiləcəyi təqdirdə ABŞ-ın alyansdan çıxacağını da bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq isə öz növbəsində ABŞ-nin prezident seçkilərinin nəticəsindən asılı olmayaraq alyansı tərk etməyəcəyini müdafiə edib. 

Stoltenberq onu da vurğulayıb ki, o, heç vaxt Trampın blokdan çıxmaq barədə danışdığını eşitməyib. Əksinə, amerikalı siyasətçinin əsas şikayəti avropalı müttəfiqlərin müdafiə üçün kifayət qədər vəsait ayırmaması olub.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024