«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiya böyük hücuma hazırlaşır- "40 min hərbçi, 500 tank, 600-dən çox döyüş maşını toplayıb"

Tarix: 05-02-2024 14:15 | Bölmə: Xəbər | Baxış: 124



Rusiya ordusu prezident seçkiləri gününə qədər Kupyanskı işğal etməyi planlaşdırır.

Belə bir iddia ilə ABŞ-ın "Forbes" nəşri çıxış edib.

Məlumata görə, Rusiya Kupyansk istiqamətində təxminən 500 tank, 600-dən çox döyüş maşını və 40 min hərbçi toplayıb. Nəşr yazır ki, rusların məqsədi 2022-ci ilin payızında itirdikləri ərazini geri qaytarmaqdır.

Ukrayna Müdafiə Strategiyaları Mərkəzi qeyd edir ki, Rusiya 2024-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini, həmçinin Xarkov vilayətinin Oskil çayına qədər olan hissəsini tamamilə ələ keçirməyi planlaşdırır.

“Forbes” yazır ki, Xarkov vilayətinin bir hissəsi işğal edilərək, seçki günü Putinə "mükafat" kimi təqdim olunacaq.

Nəşr qeyd edir ki, hazırda Ukraynadakı əsas problem say azlığı yox, sursat çatışmazlığıdır. Rusiyanın mərmi ehtiyatının Ukraynadan 5 dəfə çox olduğu bildirilir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024