«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar

Tarix: 13-02-2024 12:50 | Bölmə: Xəbər | Baxış: 128



Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.

Məlumatı Ermənistan mətbuatı yayıb.

Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.

Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə - “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir.

“Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir./Caliber





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024