«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İsrail Nazirlər Kabineti Fələstini birtərəfli qaydada tanımaqdan imtina etdi

Tarix: 18-02-2024 17:45 | Bölmə: Xəbər | Baxış: 111


İsrail hökuməti həftəlik iclasında Baş nazir Benyamin Netanyahunun fələstinlilərlə münaqişənin həllinin yekun statusu və Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin “diktəsini” rədd edən qətnaməni yekdilliklə təsdiqləyib.

Bu barədə İsrailin Nazirlər Kabineti Aparatı bəyanat yayıb.

“Hökumət İsrailin beynəlxalq diktə ilə razılaşmaması ilə bağlı deklorativ qərarı yekdilliklə təsdiqləyib”, - bəyanatda deyilir.

Qətnamədə qeyd olunur ki, İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir:
“İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək.

7 oktyabr qırğınından sonra belə bir tanınma misli görünməmiş terror aktı üçün böyük mükafat olacaq və gələcəkdə Fələstin-İsrail qarşıdurmasının sülh yolu ilə həllinə mane olacaq”.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024