«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türk kəşfiyyatının Fransa casus şəbəkəsinə qarşı əməliyyatı: 3 nəfər ələ keçirilib - FOTO

Tarix: 20-02-2024 15:15 | Bölmə: Xəbər | Baxış: 104


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 3 casusunu ələ keçirib.

Bir il ərzində Türkiyədə fəaliyyət göstərən DGSE casusları MİT tərəfindən aylarla addım-addım izlənilib.

Fransa casusları Türkiyə əleyhinə saxta sənədlərin hazırlanması, rəsmi Ankaranın miqrant siyasəti haqda informasiyaların toplanması işini həyata keçirib.

Məlumata görə, İstanbulda yaşayan və “fəal jurnalist” kimi tanınan suriyalı miqrant Əhməd Katie ailəsi ilə birlikdə sığınacaq almaq üçün Fransa konsulluğuna müraciət edib.

Bu müraciətdən sonra DGSE fəaliyyətə keçib və Ə.Katieyə sığınacaq ala bilməsi üçün Türkiyə əleyhinə siyasi və hərbi casusluq etməsini təklif edib. Casusluq fəaliyyətini Ə.Katie ilə yanaşı, İbrahim Şevais və Halis Elnahar həyata keçirib.

DGSE bu casuslarla əlaqəni Parisdə fəaliyyət göstərən Hələb Dostları Cəmiyyəti (Coliectif Amis d'Alep) vasitəsilə qurub.

Qeyd edək ki, MİT-dən öncə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti də DGSE-nin casusluq fəaliyyətini ifşa etmişdi.

DTX-nin əməliyyatı nətricəsində ölkəmizdə fəaliyyət göstərən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ələ keçirilib.

DTX-dan sonra MİT-in keçirdiyi əməliyyat Fransa kəşfiyyatına növbəti zərbədir.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024