«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Ukrayna “PATRİOT” QITLIĞINDAN ƏZİYYƏT ÇƏKİR"- Rusiya təyyarələrini vurmaq çətinləşəcək

Tarix: 20-02-2024 20:10 | Bölmə: Xəbər | Baxış: 107



Ukrayna Hərbi Hava Qüvvələrində döyüş sursatları, o cümlədən “Patriot” hava hücumundan müdafiə raketləri çox qıtdır.

Hansı ki, məhz bu raketlər sayəsində üç gündə altı rus bombardmançısını vurmaq mümkün olub.

“Forbes”-in Ukraynadakı vəziyyətlə bağlı yazısında belə deyilir.

Qeyd olunur ki, itkilər bu səviyyədə davam edərsə, Rusiya ordusu ağır zərbə almış olar. Son hesablamalara görə, Rusiya iki illik müharibə dövründə 150 Su-34-dən 25-ni və 120 Su-35-dən 6-nı itirib.

Bununla belə, nəşr Ukrayna Silahlı Qüvvələrinin Rusiya aviasiyasını indiki sürətlə məhv edəcəyini inandırıcı saymır. Çünki “Patriot”-lar və onlar üçün raketlər çatışmır.

Ukrayna Daxili İşlər nazirinin keçmiş müşaviri Anton Geraşenko qeyd edib ki, Ukraynada “Patriot” raketlərinin ehtiyatı hazırda kritik həddə çatıb. 

Məsələ ondadır ki, ukraynalılar bu sursatlardan yalnız döyüş təyyarələrini deyil, həm də ballistik raketləri vurmaq üçün istifadə edirlər. Ona görə də bu sistemlərə böyük ehtiyac var. 

Lakin ABŞ Ukraynanı bu sursatlarla təmin etməyə tələsmir. Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, Ukrayna Hərbi Hava Qüvvələri yaxın gələcəkdə daha az sayda Rusiya təyyarəsini vura biləcək.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024