«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İLHAM ƏLİYEV AZAL-a PREZİDENT TƏYİN ETDİ - Samir Rzayev kimdir?- DOSYE /Yenilənib

Tarix: 22-02-2024 18:00 | Bölmə: Xəbər | Baxış: 155



Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. 




Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. 

Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində çalışıb.

2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. 

Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.

2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. 

Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi.

Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub.

O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024