DÜNYADA HƏR ÖLKƏYƏ 148 MİNLİK ORDU DÜŞÜR - Ən kiçik orduda 245 nəfər xidmət edir /Statistika
Digər xəbərlər
Tarix: 23-02-2024 19:35 | Bölmə: Xəbər | Baxış: 94
Dünya ölkələrində ordunun orta sayı 148 min nəfərdir və ən böyüyü ilə ən kiçiyi arasında fərq 8 min dəfədən çoxdur.
Bu barədə “RİA Novosti” açıq məlumatlara istinadla məlumat yayıb.
Məlumatda dünyanın 69 ölkəsində hərbi xidmətə çağırış olduğu və orduda xidmət müddətinin orta hesabla bir il yarım təşkil etdiyi bildirilib.
Dünyada 193 ölkə arasında Vatikan, İslandiya, Kosta-Rika, Panama və Mikroneziya da daxil olmaqla cəmi 23 ölkənin ordusu yoxdur.
Ordusu olmayan dövlətlərin əksəriyyəti keçmiş metropollar və ya qonşularının himayəsində olan keçmiş müstəmləkələrdir.
Bu ölkələrdən bəziləri orduya malik olmasalar da, ordunun funksiyalarını qismən yerinə yetirən hərbiləşdirilmiş qüvvələrə malikdirlər.
Ən böyük ordu demək olar ki, 2,04 milyon insanın xidmət etdiyi Çindədir. Sonrakı yerləri Hindistan (1,46 milyon) və ABŞ (1,33 milyon) tutur. Rusiya ordusunda hərbçilərin sayı isə 1,32 milyon nəfər təşkil edir.
“Global Firepower”a görə, Şimali Koreya ordusunun sayı 1,32 milyon, Ukrayna ordusunun sayı isə 900 mindir.
İlk onluğa Pakistan (654 min nəfər), İran (610 min nəfər), Cənubi Koreya və Vyetnam (hər biri 600 min nəfər), həmçinin Misir (440 min nəfər) daxildir.
Dünyanın ən kiçik ordusu Antiqua və Barbudadadır. Burada 245 nəfər xidmət edir və bu, Çin qoşunlarından 8,3 min dəfə azdır.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, ilk 5 “cırtdan” silahlı qüvvələrə 420 nəfərin xidmət etdiyi Seyşel adaları, 610 nəfərin xidmət etdiyi Barbados və 800 nəfərin xidmət etdiyi Qambiya daxildir.
İlk beşliyi isə son məlumatlara görə, 1000-ə yaxın hərbçinin xidmət etdiyi Lüksemburq ordusu tamamlayır.
Orta xidmət müddəti 18 ay olan 69 ölkədə orduya məcburi çağırış var.
Ən qısa xidmət müddəti Danimarka və Qətərdədir - təhsil və hərbi xidmət növündən asılı olaraq 4 aydan 12 aya qədər.
Daha sonra 5,5-12 aylıq hərbi xidmət müddəti ilə Finlandiya gəlir. Avstriyada isə kişilər altı ay xidmət edirlər.
Bir çox ölkə isə standart bir illik müddətə riayət edir. Bunlara Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. daxildir. Onlar bir ildən iki ilə qədər xidmət edirlər.
Belarusiya, Çili, Qvatemala və Paraqvaydan olan çağırışçılar orduda ən azı 14 ay, Kolumbiya, Laos, Eritreya və Cənubi Koreyadan olan çağırışçılar isə orduda ən azı 18 ay xidmət edirlər.
Hərbi xidmət Ermənistan, Çin, Sinqapur və Tailandda düz iki il davam edir. Türkmənistan ordusunda xidmət 30 aya qədər, İsraildə 32, Vyetnam, Myanma, Çad və Misirdə 36 aya qədər davam edir. Dünyada ən uzun hərbi xidmət Şimali Koreyadadır: kişilər 10 il, qadınlar isə 3 il xidmət edirlər.
Məcburi çağırışı olmayan ordular müqaviləli əsgərlər tərəfindən yaradılır. Lakin son illərdə bir çox ölkələr ordu sıralarına qoşulmaq istəyən insanların çatışmazlığı ilə üzləşib.
Belə ki, Britaniyada 2023-cü ildə müqavilə əsasında xidmət etmək istəyənlərin çatışmazlığı 7,5 min nəfər, ABŞ-də ümumi planın dörddə biri qədər, Kanadada isə 16 min nəfər olub.
Son illərdə Avstraliya, Hindistan, Almaniya və Bolqarıstanda da müqaviləli əsgərlərin cəlb edilməsi ilə bağlı problemlər var.
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024