«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
63 MİLYON DOLLARLIQ 22 MÜLK – Oliqarx deputat Feyziyevə qarşı Londonda yeni təqib başlayıb

Tarix: 24-02-2024 12:50 | Bölmə: Xəbər / Ölkə / Araşdırma | Baxış: 116



Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü, iş adamı Cavanşir Feyziyevə məxsus 22 mülkə həbs qoyub.

Britaniya mənbələri Feyziyev və həyat yoldaşının “qanunsuz əldə etdikləri gəlirlə” əmlak almaqda şübhəli bilindiklərini qeyd edirlər.

Deputatın vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verib, bundan bir gün əvvəl, fevralın 22-də London Ali Məhkəməsi şikayətə baxmağa başlayıb.

Ekspertlərin fikrincə, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur.

Məlum olub ki, 2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında bu əmlakı dondurub.

Bu qərardan Cavanşir Feyziyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə hakim Naycel Poul tərəfindən baxılır. İddiaçının vəkilləri NCA-nın “hüquqi prosedurlara düzgün əməl etmədiyini” bildiriblər.

Qeyd edək ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin işi üzrə əvvəllər Böyük Britaniya Milli Cinayət Agentliyinin təşəbbüsü ilə başlanmış məhkəmə prosesi artıq yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, Feyziyev və ailə üzvlərinin London banklarındakı hesablarında olan on milyonlarla dollara həbs qoyulub.



Lakin Feyziyevin bank hesablarındakı pul vəsaitləri ilə bağlı məhkəmə prosesi başa çatdıqdan az sonra NCA agentliyi Milli Məclisin deputatını və onun ailə üzvlərini təqib etməkdə davam edib və sonda onların Londonda malik olduğu əmlakı dondurmağa nail olub.

Məhkəmənin qərarına əsasən Feyziyevin və onun həyat yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak satıla və ya heç kimə hədiyyə edilə bilməz. 

Milli Cinayət Agentliyinin nümayəndələri deyirlər ki, Feyziyevin əmlakının qanunsuz əldə edilməsinə dair əllərində “inandırıcı sübutlar” var.

Feyziyevin dondurulmuş mülklərinin ən bahalısı Londonun eksklüziv “Chelsea Barracks” kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgahdır.

Digər dondurulmuş əmlaklara Feyziyevin Böyük Britaniya paytaxtının şimal-qərbindəki yaşayış kompleksində aldığı on doqquz(!) mənzil daxildir./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024