«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Xocalı soyqırımına görə təzminat üçün beynəlxalq məhkəmələrə müraciət edilib”- Vitse-spiker

Tarix: 26-02-2024 13:05 | Bölmə: Xəbər | Baxış: 96

“Xocalı soyqırımı ilə bağlı təzminat ödənməsi üçün beynəlxalq məhkəmələrə müraciət edilib” –


“Bu gün xalqımız Xocalı şəhidlərini anır. Bu gün şəhidlərimizin ruhu şaddır”. 

Bu fikirləri juranlistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Adil əliyev səsləndirib.

“Torpaqlarımız işğalda olan zaman biz həmişə deyirdik ki, şəhidlərimizin ruhu işğal bitəndə şad olacaq. Şükür olsun ki, Müzəffər Ali Baş Komandanın siyasəti, şəhidlərimizin qanı, xalqımızın birliyi bahasına suverenliyimiz bərpa olundu.

Bu gün Azərbaycan millətinin qanına susamış cinayətkarlar hakim qarşısına çıxarılır. 

Bu baxımdan əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Azərbaycan tərəfi Xocalı soyqırımının beynəlxalq tribunalarda tanınması üçün daim əlindən gələni edib.

Hər il Milli Məclis nümayəndələri öz xarici həmkarları ilə Xocalı soyqırımı ərəfəsində görüşlər keçirir, bu faciə ilə bağlı onları məlumatlandırırlar.

Xocalı soyqırımı ilə bağlı təzminatın ödənilməsi üçün dünya məhkəmələrinə müraciətlər olunub. Azərbaycan tərəfi bir addım belə geri çəkilməyib”, - deyə vitse-spiker əlavə edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024