«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Rusiyalı hərbi cani partladıldı - “Vaqner”-də döyüşmüşdü /VİDEO

Tarix: 29-02-2024 20:55 | Bölmə: Xəbər | Baxış: 141



Ötən gün Krasnoyarskda hərbi cinayətkar Sergey Aleksandroviç Konkeyev qətlə yetirilib.

Ukrayna KİV-ləri onun “yerli partizan hərəkatı” tərəfindən məhv edildiyini yazıb. Həmçinin, teleqram kanallarında Konkeyevin fotoları və partladılan avtomobilinin videosu yayımlanıb.

Xəbərdə qeyd olunur ki, Konkeyev bundan öncə sosial şəbəkələrdə Ukraynda “Vaqner” qruplaşmasının tərkibində hərbi cinayətlər törətdiyini, üç ukraynalı əsiri güllələdiyini, iki polşalı əsirin isə başını kəsdiyini şəxsən etiraf edib, medallarını göstərib və bununla öyünüb.

Qeyd olunur ki, o, Krasnoyarskdakı 1 saylı istintaq təcridxanasında işləyib və onun adı müttəhimlərə işgəncə verilməsi ilə bağlı cinayət araşdırmalarında dəfələrlə keçib.

Onun haqqında Ukraynanın “Mirotvorets” saytında ətraflı məlumat və çoxlu fotolar var.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024