«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ 2 MİN 637 MANAT BORCU VAR - RƏSMİ

Tarix: 01-03-2024 13:00 | Bölmə: Xəbər / Ölkə / İqtisadiyyat | Baxış: 111



Bu ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanın dövlət borcu 26 milyard 850,4 milyon manat olub.

Rəsmi məlumatlara görə, Azərbaycanın dövlət borcu 2023-cü ildə qeydə alınan ÜDM-nin 21,8%-nə bərabər olub.

Qeyd edək ki, ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon dollar) xarici borclar, 15 milyard 866,4 milyon manatı isə daxili borclar olub.

Bu ilin yanvar ayının 1-də Azərbaycan əhalisinin 10 milyon 181 min nəfər olduğunu nəzərə alsaq, adambaşına düşən borc 2 min 637 manata bərabər olur. 

Bunun 1 079 manatını adambaşına düşən xarici borc təşkil edib.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024