«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türkiyəyə qarşı təxribatçı qətnamə Senatdan keçmədi - F-16-ların satışına heç bir maneə qalmadı

Tarix: 02-03-2024 14:55 | Bölmə: Xəbər | Baxış: 136



Türkiyəyə 23 milyard dollar dəyərində F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışına qadağa qoyulmasını ehtiva edən qətnamə böyük səs çoxluğu ilə ABŞ Senatı tərəfindən rədd edilib.

Xatırladaq ki, Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışına icazəni təsdiqləmişdi.

Senator Rand Pol tərəfindən təqdim olunmuş qətnamənin əleyhinə 79, leyhinə isə 13 senator səs verib.

Senator Pol səsvermədən əvvəl Türkiyə hökumətini tənqid etmiş və bildirmişdi ki, bu satışa imkan verilməsi Ankaranı pis davranışa daha da ürəkləndirəcək. Lakin Türkiyəyə F-16-ların satışına tərəfdar olan senatorlar vurğulayıblar ki, Vaşinqton NATO müttəfiqinə verdiyi sözün üstündə durmalıdır.

Bayden administrasiyası yanvarın 26-da Türkiyəyə 40 ədəd “Lockheed Martin” şirkətinin istehsalı F-16-ların və təxminən 80 modernləşdirmə dəstinin satışına icazə vermək niyyətində olduğu barədə Konqresi rəsmən məlumatlandırıb.

Bundan bir gün əvvəl Ankara İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmışdı. Bu təyyarələrin satışı İsveçin NATO üzvlüyü üçün protokolun ratifikasiyası da daxil bir sıra məsələlərlə bağlı aylarla yubadılıb. 

Konqresin Silah İxracına Nəzarət Komitəsi xarici ölkələrə böyük silah satışını dayandırmaq səlahiyyətinə malikdir.

Lakin bunun üçün Senat və Nümayəndələr Palatası müvafiq qətnamə qəbul etməlidir. Senator Polun qətnaməsi məhz belə qətnamələrdən biri idi. Bu qanun artıq yarım əsrdir qüvvədə olsa da, bu müddətdə heç bir bu sayaq qətnamə səsvermədən və ya Prezident vetosundan keçməyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024