«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MİT-dən İsrail kəşfiyyatına daha bir zərbə - 7 MOSSAD üzvü saxlanıldı

Tarix: 05-03-2024 13:10 | Bölmə: Xəbər | Baxış: 101



Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin xüsusi xidmət orqanı hesab olunan MOSSAD-a qarşı növbəti dəfə uğurlu əməliyyat keçirib.

Yerli KİV xəbər verir ki, MİT və İstanbul Polisinin birgə təşkil etdiyi əməliyyatda gizli məlumatları MOSSAD-a ötürən 7 şübhəli saxlanılıb.



Saxlanılanlar arasında televiziya proqramlarında da tez-tez görünən keçmiş dövlət məmuru Həmzə Turhan Ayberk də var.

Ayberkin Belqradda MOSSAD tərəfindən təşkil olunan təlimlərdə iştirak etdiyi, MOSSAD-a məlumat ötürmək üçün bir qrup qurduğu, məlumat sızdırmaqla yanaşı, təhdid və izləmə fəaliyyətlərində də iştirak etdiyi məlum olub.

Həmçinin Ayberkin aldığı təlimat əsasında Yaxın Şərq ölkələrindən olan iş adamları və şirkətlər haqqında məlumatlar topladığı müəyyən edilib.

MOSSAD-ın “Viktoria” kod adlı agenti vasitəsilə Ayberklə əlaqə saxladığı ortaya çıxıb. Rəsmi qeydlərə düşməsin deyə, Ayberkə ödənişlər kriptovalyuta vasitəsilə edilib.

Eyni zamanda Ayberkin təqib etdiyi şəxslərin avtomobillərinə izləmə cihazları yerləşdirdiyi və onların yerlərini dərhal MOSSAD-a ötürdüyü müəyyən edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024