«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
III Respublika Platformasının spikerinə cinayət işi başlanılıb - YENİLƏNİB

Tarix: 06-03-2024 23:45 | Bölmə: Xəbər | Baxış: 113



III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən bu gün "Toplum TV"nin ofisində keçirilmiş əməliyyat nəticəsində daha bir neçə nəfər də saxlanılıb. 

***



“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı APA-ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024