«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Toplum TV-də axtarış başa çatsa da jurnalistlərinin taleyi məlum deyil - Yenilənib /VİDEO

Tarix: 07-03-2024 00:30 | Bölmə: Xəbər / Ölkə / Aktual | Baxış: 150
Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Saat 18.00 radələrində polis Toplum TV internet nəşrinin redaksiyasının ofisində axtarışı yekunlaşdıraraq onu möhürləyib.

Binaya bütün yanaşmalar polis tərəfindən kəsilmişdi deyə, həmkarlar polisin redaksiya heyətini özləri ilə aparıb-aparmadığını görə bilmədi.

Nəzərə alsag ki Toplum TV-nin əməkdaşları ofisdən çıxmayıb və zənglərə cavab vermir, çox güman ki onlar saxlanılıb.

Onların hara aparıldığı və saxlanma səbəbi məlum deyil. Daxili İşlər Nazirliyi bunula baglı şərh vermir.

“Baş verənlərin ağlabatan izahı yoxdur. Görünür, ölkədə müstəqil medianı tamamilə sıradan çıxarmaq istəyirlər ki, tənqidi fikirlər üçün platforma qalmasın”, - deyə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib. “

Biz cinayətdə iştirak etməmişik və heç bir qanunsuz hərəkət etmirik. Ona görə də baş verənlərlə bağlı heç bir hüquqi izahat yoxdur”, o deyib.

Xədicə İsmayıl əlavə edib ki Daxili İşlər Nazirliyindən heç bir rəsmi məlumat və axtarış protokolunu ala bilmir.

O, redaksiyada olan əməkdaşlarının taleyinə də aydınlıq gətirməyə çalışır. Onlarla telefonla əlaqə saxlamaq mümkün deyil.

* * *

“Toplum” TV-nin redaksiyasında nə baş verir? 

“Toplum” TV-nin əməkdaşı Aliyə Yaqublu Turan-a bildirib ki, onu nəşrin ofisinə buraxmırlar. "İçəridə olan işçilərlə hazırda əlaqə yaratmaq mümkün deyil. Onlara zəng çatmır", - Yaqublu deyib.

O güman  edir ki, işçilər ofisdədirlər, çünki onları aparsaydılar, binanın yanında dayananlar görərdilər.

"Baş verənlər gözlənilirdi. Çünki nəşrin mövqeyinə görə bağlanması dəfələrlə "anons edilmişdi",- Yaqublu deyib.

III Respublika Platformasının spikeri Akif Qurbanov, platformanın təsisçi heyətinin üzvləri Araz Əliyev və Ruslan İzzətli  də əlaqə saxlamayıblar. 

Tərəfdarları onların həbs olunduqlarını ehtimal edirlər.

Görünür, Daxili İşlər Nazirliyi "digər ünvanlarda" axtarışlar barədə məlumat verərkən məhz bu təşkilatı nəzərdə tuturdu.

* * *

Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb. Bu barədə sosial şəbəkələrdəki xəbərlərdən məlum olub.

Bu layihənin rəhbəri, araşdırmaçı jurnalist Xədicə İsmayıl Turan-a axtarış faktını təsdiqləyib.  O, redaksiyada axtarış  başlayanda orada olmadığını dedi. "Xəstəyəm, təfərrüatları bilmirəm, indi redaksiyaya gedirəm" dedi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə təsdiqləyiblər ki, “Çemənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.

Bu o deməkdir ki, axtarışlar başqa yerdə də aparılır.

Toplum TV in redaksiya ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

*Toplum Tv ictimai-siyasi və sosial-iqtisadi hadisələrlə bağlı müxtəlif fikirlərin ifadə edilməsi üçün platforma təqdim edən müstəqil onlayn resursdur./Turan


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024