Ekspertlər hökumətyönlü KİV-də xeyli qanun pozuntusu aşkar ediblər - Monitorinq
4 ay ərzində (15 iyul-15 noyabr 2023-cü il) 16 KİV-in qanunvericiliyin və peşə etikasının tələblərinə əməl etməsinin monitorinqi aparılıb.
Bundan əlavə, KİV-ə dəstək üçün ayrılan büdcə vəsaitlərindən istifadənin səmərəliliyi yoxlanılıb.
Monitorinqin nəticələri martın 6-da jurnalistlərin, media ekspertlərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə onlayn konfransda təqdim edilib.
Monitorinqdə ölkədə media sferasının tənzimlənməsi adı altında media fəaliyyətinə və jurnalistikaya demokratik cəmiyyətdə yol verildiyindən daha çox müdaxilə xarakteri daşıyan yeni qanunvericiliyin qəbulu və tətbiqindən sonra iddia olunduğu kimi peşəkarlığın nə qədər artdığını yaxud peşəkarlıq standartlarına və hüquqi öhdəliklərə nə qədər əməl edildiyini öyrənmək və cəmiyyətə təqdim etməkdir, 38 səhifəlik araşdırmanın preambulasında deyilir.
Qanunvericiliyin tələbinə əsasən reyestr açıq olmalıdır. Lakin https://reyestr.media.gov.az/ bu resursda statistika yerləşdirilmədiyindən bu günədək neçə media qurumunun qeydiyyata alındığı və neçəsinin qeydiyyatından imtina edildiyini müəyyən etmək mümkün deyil.
Qeyri-rəsmi məlumatlara əsasən 20-dən çox məhkəmə mübahisəsi qaldırılıb və davam edir.
Lakin məhkəməyə müraciət etməyən, habelə media reyestrinə qeydiyyat üçün müraciət etməyən resurslar da kifayət qədər çoxdur.
Daha çox rədd cavabı alan media subyektləri daha müstəqil olan media subyektləridir.
Monitorinq üçün Medianın İnkişafı Agentliyindən maliyyə yardımı alan media seçilib. Bunlar 17 gündəlik və həftəlik qəzet, 39 onlayn resursdur.
Həmin 56 mediadan 16-ı İnternetdə sayğacların müəyyən etdiyi auditoriya sayına görə seçilib. Beləliklə, 5 gündəlik qəzet, 5 həftəlik qəzet və 6 onlayn media seçilib.
Bunlar "Yeni Müsavat", "525-ci qəzet", "Bakı xəbər", "Yeni Azərbaycan" və "Səs" gündəlik qəzetləri, "Ədalət", "Unikal", "Hərbi and", "Hürriyyət" və "Həftə içi" həftəlik qəzetləri, habelə Qafqazinfo.az. Sonxəbər.az. Yenisabah.az. Mətbuat.az. Bizimmedia.az. Publika.az. xəbər saytlarıdır.
Monitorinq aşağıdakı meyarlara əsasən aparılıb:
Təqsirsizlik prezumpsiyası hüququna hörmət;
Şəxsi həyatın gizliliyi prinsipinə, o cümlədən dataların qorunması zəruriliyinə, şərəf və ləyaqətə hörmət;
Azyaşlıların, zərərçəkmişlərin şəxsiyyətinin gizliliyinin qorunması;
Media məhsullarında balansın, tərəfsizliyin, qərəzsizliyin, doğruluğun, obyektivliyin qorunması prinsiplərinə hörmət;
Stereotiplər və nifrət nitqi.
4 ay ərzində 182 267 məlumat araşdırılıb. Onlardan 9 863-də yayılması qanunla qadağan edilmiş bilgilərə yol verilib. 4518-i (45,81 faiz) onlayn medianın, 3279 - u (33,25 faiz) gündəlik qəzetlərin, 2066 – ı (20,95 faiz) həftəlik medianın payına düşüb.
Pozuntuların xarakteri üzrə ən çox "şəxsi həyatın gizliliyi"nə müdaxilələr aşkar edilib. Bu cür pozuntular 4 224 olub və ya ümumi pozuntuların 43, 38 faizini təşkil edib.
3248 (33,35 faiz) pozuntu "yetkinlik yaşına çatmayanların və zərərçəkənlərin şəxsiyyətinin gizliliyinin qorunması" meyarına aid olub.
"Təqsirsizlik prezumpsiyası"nın pozulması 1364 halda (14,01 faiz) baş verib.
"Stereotiplər və nifrət nitqi” meyarı üzrə pozuntular 561 (5,76 faiz) olub.
Qərəzsizlik və obyektivlik prinsipinin pozulmasına gəlincə, 341 belə fakt ortaya çıxıb.
Rəsmi məlumatlarda pozuntuların olmamasına baxmayaraq, media orqanları özləri məlumatları "cəlbedici" etməyə çalışaraq tez-tez xəbər başlıqlarında pozuntulara yol verirlər.
Beləliklə, 4 ay ərzində Medianın İnkişafı Agentliyindən yardım alan 16 ən reytinqli mediada 10 minə yaxın pozuntu aşkarlanıb.
Monitorinqin nəticələri sual verməyə şərait yaradır: medianı dəstəkləmək üçün büdcə vəsaitlərindən nə dərəcədə səmərəli istifadə olunur və onlar düzgün ünvan sahiblərinə çatdırılırmı?
Monitorinq həmçinin Medianın İnkişafı Agentliyinin onlayn və çap KİV üçün nəşrlərin sayına məhdudiyyət qoymasının əsassız olduğunu müəyyən edib.
Belə ki, onlayn media tələbləri yerinə yetirmək üçün ayda 400 məlumat dərc etməlidir. Lakin onlayn nəşrlər bu rəqəmi toplamaq üçün nə gəldi dərc edir və ictimai əhəmiyyəti nəzərə almır.
Eyni zamanda, məlumatların 80 faizi nəşrlərin özlərinə aid olmur, digər mənbələrdən alınır və "özününküləşdirilir".
Araşdırma müəllifləri nəşrlərin sayı üçün həftəlik və aylıq normaların ləğv edilməsini zəruri hesab edirlər ki, mediada yalnız cəmiyyət üçün aktual materiallar dərc olunsun.
Həmçinin İnternet- resurslarda texniki problemlər-axtarış sistemlərində problemlər, saytların PDF versiyalarının əlçatmaz olması və digər problemlər aşkar edilib.
Digər xəbərlər
Tarix: 07-03-2024 00:45 | Bölmə: Xəbər / Aktual | Baxış: 101
Ələsgər Məmmədlinin rəhbərliyilə media ekspertlərindən ibarət qrup dövlət maliyyə yardımı alan medianın monitorinqini aparıb.

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024