«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
RUSİYA ARTIQ İKİNCİ DEYİL...- Kreml silah bazarındakı yerini də itirib /SİYAHI

Tarix: 11-03-2024 13:00 | Bölmə: Xəbər | Baxış: 120



Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, Rusiya artıq ABŞ-dən sonra ikinci ən böyük silah ixracatçısı deyil.

Xarici KİV xəbər verir ki, artıq Fransa (47% artım, dünya ixracatındakı payı 11%) silah satışında Rusiyanı geridə qoyub. Hesabatda deyilir ki, Rusiyadan silah ixracı 2019-2023-cü illərdə 2014-2018-ci illərlə müqayisədə 53% azalıb.

Birinci yeri əvvəlki beş illik dövrlə müqayisədə satışları 17% (dünya bazarındakı payı 42%-i) artıran ABŞ tutur.

İlk onluğa aşağıdakı digər ölkələr də daxildir: Çin - 5,3% azalma(dünya bazarının 5,8%-i), Almaniya - 14% azalma(dünya bazarının 5,6%-i), İtaliya - 86% artım(dünya bazarının 4,3%-i), Böyük Britaniya - 14% azalma(dünya bazarının 3,7%-i), İspaniya - 3,3% azalma(dünya bazarının 2,7%-i), İsrail - 25% azalma(dünya bazarının 2,4%-i), Cənubi Koreya - 12% artım(dünya bazarının 2%-i).

SIPRI-nin məlumatına görə, Rusiyanın silah ixracının azalması təkcə müharibəı illərində deyil, ümumilikdə son beş ildə xüsusilə nəzərə çarpır.

Belə ki, 2019-cu ildə 31 ölkəyə əsas silah növləri tədarük edən Rusiya 2022-ci ildə 14, 2023-cü ildə 12 ölkəyə silah sata bilib. Rusiyanın əsas alıcıları Hindistan (34%), Çin (21%) və Misir (7,5%) olub. Eynizamanda, 2014–2018-ciillərlə müqayisədə bu ölkələrə satışlarmüvafiqolaraq 34%, 39%və 54% azalıb.

İnstitutun verdiyi məlumata görə, Birləşmiş Ştatlar 2019-2023-cü illərdə 107(!)ölkəyə silah tədarük edib ki, bu da bütün əvvəlki dövrlərdən daha çoxdur. Bunun 38%-i Yaxın Şərqə, 31%-i Asiya və Okeaniyaya, 28%-i Avropaya ixrac edilib.

Fransaya gəlincə, o, 64 ölkəni əsas silahlarla təmin edib. Silah ixracının ən böyük payı (42%) Asiya və Okeaniyaya, 34%-i Yaxın Şərqə düşüb.Ölkələr arasında Fransa silahlarının ən böyük alıcısı Hindistan olub ki, bu da təxminən 30% təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, Fransanın silah ixracındakı artım əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub.

2019-2023-cü illərdə Avropaya silah tədarükü 94% artıb. Ukrayna regionda ən böyük, dünyada isə dördüncü idxalçıya çevrilib.

2019-2023-cü illərdə Avropa ölkələrinin idxal etdiyi silahların təxminən 55%-i ABŞ-dən gəlib. Bu, əvvəlki beş ildəkindən 20% çoxdur. 

Rusiya hakimiyyət orqanları bu rəqəmləri inkar edərək deyirlər ki, guya Rusiya hərbi məhsullarına tələbat azalmır. Hansı ki, Moskva xırda Ermənistanla bağladığı silah sazişini belə yerinə yetirmək iqtidarında deyil.

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024