«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Azərbaycanın Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb”- Amerika kəşfiyyatı

Tarix: 12-03-2024 14:37 | Bölmə: Xəbər | Baxış: 90



"Ermənistan və Azərbaycan arasında münasibətlərin gərgin olaraq qalacağı ehtimalı var, lakin Azərbaycanın Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb".

Xarici KİV xəbər verir ki, ABŞ kəşfiyyatının son hesabatında belə deyilir.

Hesabatda Azərbaycanla Ermənistan arasında gərginlik yaradan amillər kimi sülh müqaviləsinin olmaması, silahlı qüvvələrin bir-birinə yaxın məsafədə yerləşdirilməsi və atəşkəsi təmin edəcək mexanizmin olmaması göstərilir.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, Azərbaycanın Qarabağı separatçılardan təmizləməsi bölgədə stabilliyin yaranmasına xidmət edib: “2023-cü ilin sentyabrında Azərbaycan separatçıların məğlubiyyətinə və təslim olmasına səbəb olan hərbi əməliyyat keçirib. 

Bölgənin əksər erməni əhalisinin bölgəni tərk etməsi və “hökumətin” özünü buraxması Bakıya regionun Azərbaycanla effektiv inteqrasiyası planlarını irəli sürməyə imkan verdi və bu, uzun müddətdir davam edən problemi ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxardı”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024