«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“BİZİ GÖZLƏYİN, SEÇKİYƏ GƏLİRİK...”- Rus könüllü döyüşçüləri bu vilayətlərə daxil olub

Tarix: 12-03-2024 14:55 | Bölmə: Xəbər | Baxış: 101



“Rusiya Azadlığı” legionu Rusiya ərazisinə keçiərək videomüraciət yayımlayıb

Belqorod və Kursk vilayətlərində Ukrayna Silahlı Qüvvələri ilə Rusiya hərbçiləri arasında döyüşlər davam edir.

Teleqram kanallarından verilən məlumata görə, Rusiya vilayətlərinə “Rusiya Azadlığı” legionu, RDK və Sibir batalyonunun döyüşçüləri daxil olub. Sərhəd kəndlərində atışmaların getdiyi bildirilir, yerli sakinlər isə tankların hərəkətini qeydə alıblar. Sərhəddə pikap maşınlarında bir neçə silahlı qrup var.

Ukrayna kanalları Ukrayna tərəfində döyüşən Rusiya Könüllülər Korpusunun, “Rusiya Azadlığı” legionunun və Sibir batalyonunun əməliyyatı barədə məlumat yayıb. “Rusiyanın Azadlığı” legionu artıq əməliyyatda iştirakını təsdiqləyib.

Rusiya hərbi müxbirləri sərhəddə döyüş olduğunu təsdiqləyirlər, lakin daha sonra hücum edənlərin itkilər verərək, geri çəkildiklərini iddia edirlər.

Məlumata görə, yük maşınlarında olan bir neçə silahlı qrup minaatan və artilleriyadan istifadə etməklə hücuma keçib. Qeyd olunur ki, hazırda Kursk vilayətinin Tetkino rayonunda və Belqorod vilayətində döyüşlər gedir.

Hələlik Ukrayna hakimiyyət orqanlarından və Rusiya Federasiyasından bununla bağlı rəsmi məlumat yoxdur.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024