«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ Çinlə münaqişədə silahsız qala bilər - “Bloomberg”

Tarix: 12-03-2024 23:05 | Bölmə: Xəbər | Baxış: 105


ABŞ hərbi münaqişə vəziyyətində Çinə qarşı çıxmaq üçün lazım olan həcmdə silahı müstəqil şəkildə istehsal edə bilməyəcək.


Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr Pentaqonun arsenalını tükəndirib və onları ABŞ hərbi-sənaye kompleksinin vəziyyəti ilə bağlı qorxuya salıb.

Əgər potensial münaqişə baş verərsə, Vaşinqton qələbə üçün lazım olan bütün silahları müstəqil şəkildə istehsal edə bilməyə bilər. Eyni zamanda, Pekin silah istehsalını nisbətən sürətlə artıra bilər.

Agentlik yazır ki, Amerika tərsanələri yeni gəmilər tikmək bir yana qalsın, hərbi gəmiləri kifayət qədər tez təmir edə bilmir. Bildirilir ki, arzuolunmaz ssenari baş verərsə, ABŞ müttəfiqlərinin köməyi olmadan bunun öhdəsindən gələ bilməyəcək.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024