«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Putinin "nüvə çantası"nın hansı xüsusiyyətləri var?- Britaniya nəşri açıqladı

Tarix: 16-03-2024 16:25 | Bölmə: Xəbər | Baxış: 117



Rusiya Prezidenti Vladimir Putin dəfələrlə xəbərdarlıq edib ki, Rusiyanın dövlətçiliyinə, suverenliyinə və ya müstəqilliyinə təhlükə yaranarsa, o, nüvə silahından istifadə etməyə hazırdır.

Putin Rusiyadakı 3 günlük prezident seçkiləri öncəsi də Qərbə bənzər xəbərdarlıq ünvanlayıb. Ümumiyyətlə, son vaxtlar Qərb müttəfiqləri ilə Ukraynanın əlaqələri sıxlaşdıqca, Putinin nüvə ritorikasının daha da gücləndiyini görürük.

Böyük Britaniyanın aparıcı nəşrlərindən hesab olunan "The İndependent" dünyanın nüvə müharibəsinə heç vaxt bu qədər yaxın olmadığı bir zamanda Rusiyanın nüvə arsenalını və Putinin "nüvə çantası"nın xüsusiyyətlərini araşdırıb.

Nəşr qeyd edir ki, Amerika Alimləri Federasiyasının (FAS) məlumatına görə, Rusiya təxminən 5580 nüvə başlığına sahibdir. FAS-a görə, onlardan 1200-ə yaxını köhnədir. Təxminən 4380-i uzunmənzilli strateji və daha qısa mənzilli taktiki nüvə silahları isə istifadəyə yararlıdır.

Qeyd olunur ki, hazırda 1710 strateji döyüş başlığı istifadəyə hazır vəziyyətdə müxtəlif bölgələrə yerləşdirilib. Bildirilir ki, onlardan 870-i qurudakı ballistik raketlərə, 640-ı sualtı qayıqlardan buraxılan ballistik raketlərə, 200-ü isə ağır bombardmançı təyayərələrə quraşdırılıb.



Britaniya nəşri yazır ki, Rusiyada nüvə silahından istifadə ilə bağlı son qərarı verən şəxs Vladimir Putindir. Qeyd olunur ki, bu səbəbdən adi bir sənəd çantasına bənzəyən “Çeget” (Qafqaz dağlarında Çeget zirvəsinin adından götürülüb-red.) adlı "nüvə çantası" həmişə prezidentin yanında olur.

"Hazırda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovda da bu cür nüvə çantalarının olduğu güman edilir. Bu çanta əslində prezidenti və "Kazbek" elektron komanda- idarəetmə məntəqəsini şəbəkə ilə birləşdirən vasitə hesab olunur.

Həmin komanda məntəqsində Rusiyanın raket qüvvələri mövcuddur. Mümkün müharibə zamanı yaddaş kartına köçürülən və şifrələnmiş müharibə təlimatı avtomatik olaraq, komandanlıq mərkəzinə göndərilir və nüvə başlığı olan ballistik raketlər məhz bu komandanlıq mərkəzindən atılır.

Həmin çantada bir neçə düymə mövcuddur. "Əmr" yazılı bölmədə iki düymə var: ağ "başla" düyməsi və qırmızı "ləğv et" düyməsi. Ağ düymənin basılmasından sonra xüsusi şifrələr strateji nüvə mərkəzlərinə göndərilir və verilən əmrlər dərhal icra edilir",-deyə nəşr bildirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024