«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Putinə ən azı 22 milyon artıq səs yazılıb” "Davankov əslində ikinci yeri tutub"

Tarix: 19-03-2024 13:05 | Bölmə: Xəbər / Rezonans | Baxış: 117



“Vladimir Putinin prezident seçkilərində aldığı 22 milyona yaxın səs saxtadır.”

Bu barədə Şpilkin metodu ilə hesablamalar aparan “Mühüm hekayələr” nəşri yazır.

Hesablamalar Moskvadakı səsvermənin nəticələrini nəzərə almır. Çünki Mərkəzi Seçki Komissiyası seçki məntəqələrində və məsafədən elektron səsvermə sistemi vasitəsilə əldə olunmuş nəticələri birləşdirib.

Seçki tədqiqatçısı İvan Şukşin saxta səslərin sayı ilə bağlı oxşar nəticəyə gəlib. “Səs” seçici hüquqlarını müdafiə hərəkatı qeyd edir ki, bu, Rusiya tarixində federal seçkilərdə ən böyük saxtakarlıqdır.

Şukşinin sözlərinə görə, seçki komissiyalarının əsas saxtakarlıq aləti kalkulyator olub, yəni komissiya saxta məlumatları protokola daxil edərək nəticələri şişirdib.

Tədqiqatçı yazır ki, Putinin seçkilərdəki rəqiblərindən biri Vladislav Davankovun aldığı səslər də saxtalaşdırılıb. O, saxtakarlıqla ikinci yerdən üçüncü yerə qoyulub.

Daha əvvəl “Qolos” da səsvermə və səslərin hesablanması zamanı bir sıra pozuntular barədə məlumat vermişdi.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024