«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Ukrayna ilin sonunadək Rusiyaya qalib gələcək..." Hərbi kəşfiyyatın rəhbəri

Tarix: 26-06-2022 23:00 | Bölmə: Xəbər | Baxış: 153
"Ukraynanın qəti addımlar atması üçün silahları çatışmır"


"Ukrayna özünün 1991-ci ilin sərhədlərinə dönəcək, biz başqa ssenarini qəbul etməyəcəyik"

"Rusiya qırıcıları ilk dəfə olaraq Ukraynaya hava məkanından zərbələr endirib"
 
Ukrayna kəşfiyyatının rəhbəri müharibənin bitəcəyi müddətlər barədə növbəti proqnoz verib

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov hesab edir ki, ölkəsi Rusiyaya ilin sonunadək qalib gələ bilər.
 
Press-fakt.com xəbər verir ki, bu barədə o, Britaniyanın "İTV" telekanalına müsahibəsində deyib.
 
"Avqust ayından müəyyən hadisələr baş verəcək və onlar bütün dünyaya dönüş məqamının yetişdiyini nümayiş etdirəcək", - o, deyib.
 
Onun sözlərinə görə, Ukraynanın şərq istiqamətində "taktiki geriyə çəkilməsinə"rəğmən, digər regionlarda, məsələn, Xerson vilayətində uğurlar qazanır. Bu zaman Budanov gələcək qələbənin sərhədlərini də müəyyən edib:
 
"Ukrayna özünün 1991-ci il sərhədlərinə dönəcək, başqa ssenarilər olmayacaq, biz heç bir başqa ssenarini qəbul etməyəcəyik", - o, vurğulayıb.
 
Bu o deməkdir ki, təkcə Rusiyanın 24 fevraldan sonra zəbt etdiyi ərazilərin deyil, üzdəniraq "DXR" və "LXR", həmçinin Krımın da geri qaytarılması planlaşdırılır.
 
Bundan öncə Budanov deyib ki, Ukrayna Rusiya qoşunlarını işğal etdiyi vilayətlərdən sıxışdırıb çıxarmayınca döyüş əməliyyatlarını davam etdirəcək.
 
May ayında o, proqnoz verib ki, ilin sonunadək Ukrayna "ən azı Krım ərazisinə daxıl olmalıdır".
 
Eyni zamanda o, xatırladıb ki, Ukraynaya daha qətiyyətli addımlar atmaq üçün silah çatışmır.
 
Hazırda məlum olub ki, ukraynalı hərbçilər Severodonetskdən əvvəlcədən hazırlanan mövqelərinə çəkilib, o cümlədən "Azot" kombinatının ərazisini də tərk edib.
 
Rusiya qoşunları Lisiçanska doğru irəliləyir, daha çox yaşayış məntəqələrini ələ keçirir. Bu zaman Rusiya KİV-ləri döyüşlərin şəhərin içərisində getdiyi barədə məlumat verib.
 
Eyni zamanda, Xarkov və Xarkov vilayətinin atəşə tutulması davam edir.
 
Kiyev vilayətində yenidən komendant saatı tətbiq edilib. Ehtimal ki, bu, bu gecə Kiyev, Çerniqov və Sumı vilayətlərinin atəşə məruz qalması ilə bağlıdır.
 
Ukraynalı hərbçilərin iddia etdiyi kimi, Rusiyanın qırıcıları ilk dəfə olaraq Ukraynanı hava məkanından atəşə tutub. Altı ədəd Tu-22M3 təyyarəsi 12 X-22 qanadlı raket buraxıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024